Göyçayda yük maşını minik avtomobili ilə toqquşdu: Xəsarət alanlar var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 209-cu kilometrində Bığır kənd ərazisində qəydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan TIR markalı yük maşını qarşı tərəfdən gələn VAZ markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşında olan sürücü və onun sərnişini müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, TIR sürücüsü Özbəkistan vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Share: