“Google” özünün “Twitter” hesabında yeni flaqman smartfonun buraxılışı ilə bağlı tapmaca dərc edib.
“Eşitdik ki, “Pixel” sevənlər komandasında riyaziyyat sehrbazları var. İpucu: təqviminizə baxın”, – deyə tapmacanın yanındakı mesajda deyilir.
Tapmaca “Pixel” smartfonlarının dəyişən kimi çıxış etdiyi riyazi nümunədən ibarətdir. Şəkildə “Pixel 3”, “Pixel 6” və ən birinci “Pixel”i göstərdiyini nəzərə alsaq, nümunə belə görünür – 3 x 6 – 3 ÷ 1/3 x 1.
Nəticədə 9 rəqəmi alınır.
Ekspertlər hesab edirlər ki, əvvəlki xəbər sızmaları “Pixel”in oktyabrda təqdim oluna biləcəyini göstərirdi. Bununla belə, smartfonun oktyabrın 9-da nümayiş etdiriləcəyi ehtimal olunmur – şirkət bazar günü təqdimat keçirməz. Onların fikrincə, “9” – təqvim ayı, yəni sentyabr mənasını verə bilər.
“Google” hələ ki, tapmacasının həllini təqdim etməyib, lakin “Pixel 7”nin rəsmi təqdimatının elanının yaxın bir neçə həftə ərzində baş tutması mümkündür.
Mənbə: phonearena.com