Oxu.az – Gəminin göyərtəsindən suya yıxıldı: Bir sutka üzüb sağ qaldı

ABŞ sahillərində Nyu Orleandan Meksikaya doğru hərəkət edən gəminin göyərtəsindən suya yıxılan 28 yaşlı sərnişin xilas edilib.

Onun axtarışları bir sutka davam edib.

Kişinin yoxa çıxması barədə ilk xəbəri onun bacısı verib.

Belə ki o, ayaq yoluna getmək adı ilə kayutu tərk edib və bacısı ondan bir neçə saat xəbər ala bilməyib.

Bir müddət sonra itkin düşən kişinin bacısı həyəcan təbili çalıb və qardaşının itkin düşməsi barədə məlumat verib.

İtkin düşən şəxs Meksika körfəzində bir neçə xilasetmə qrupu tərəfindən qayıqlarda, helikopterlərlə və təyyarələrin vasitəsi ilə axtarılıb.

Xilasetmə əməliyyatı başlayandan 6 saat sonra dənizə düşən şəxsi sağ tapmaq mümkün olub.

Onun təxminən bir sutkaya yaxın suda qala bilməsi təcrübəli gəmiçilər tərəfindən təəccüblə qarşılanıb.

Artıq həmin şəxs helikopteri vasitəsilə təxliyə edilib. Həkimlər onun səhhətini qənaətbəxş olduğunu bildirib.

Xilas edilən şəxs gəmidən suya necə yıxıldığını dəqiq izah edə bilməyib. Araşdırmalara başlanılıb.

Mənbə: The Guardian

Share: