Evlilik ildönümündə həyat yoldaşına sürpriz etmək üçün gölün dibinə baş vurdu

Türkiyənin Sivas vilayətindən olan iş adamı evliliyinin 27-ci ildönümündə həyat yoldaşına qeyri-adi sürpriz edib.

Erol Bozkuş həyat yoldaşını Sivasın ən gözəl göllərindən birində katamaranda gəzməyə dəvət edib.

Daha sonra isə o, bir müddət əvvəl suyun dərinliyində gizlətdiyi qızıl üzüyü yoldaşına təqdim etmək üçün suya baş vurub.

Nəhayət, suyun dərinliklərində gizlətdiyi qızıl üzüyü götürərək, onu həyat yoldaşına bağışlayıb.

Mənbə: İHA

Share: