Ermənilər Laçında ekoloji terror törədir

Laçını tərk etməyə başlayan ermənilər 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərində ekoloji terror törədir.

Belə ki, yeni yayılan kadrlarda Laçının dağlıq və meşəlik ərzilərində yanğın ocaqları müşayiət olunur.

Qeyd edək ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar.

Köç prosesi artıq başlanıb. Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır.

Mənbə: Haqqin

Share: