Oxu.az – DÇ-2022: Belçika – Mərakeş oyunu başlayıb

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda Belçika ilə Mərakeş qarşılaşır. 

Oxu.Az xəbər verir ki, qarşılaşma saat 17:00-da start götürüb. 

15:45

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Belçika və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Belçika: Tibo Kurtua, Toma Mönye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Azar, Torqan Azar, Mişi Batşuayi, Kevin De Brüyne

Mərakeş: Yassin Bunu, Əşrəf Hakimi, Nayef Aquerd, Romen Saiss, Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Share: