Oxu.az – Danimarka sakini 22 yaşlı qızı 231 hissəyə böldü

Danimarka sakini sərxoş vəziyyətdə olan 22 yaşlı qadını mikroavtobusu ilə qaçırıb.

Şimali Yutland polisinin məlumatına görə, qadın təcavüzə məruz qalıb və boğularaq öldürülüb.

Ölən tibb bacısı Mia Steven 2022-ci ilin fevralında yoxa çıxıb.

Qatil onu evə aparmağı təklif edib və o, könüllü olaraq maşına minib. Qətldən sonra həmin şəxs qurbanın cəsədini elektrik mişarı ilə 231 hissəyə bölüb və əvvəlcə onları boru təmizləyicisində həll etməyə çalışıb və onlara kaustik soda səpib. Nəticə uğursuz olduqda isə kişi qadının cəsədinin qalıqlarını Aalborq şəhərinin şimalındakı meşədə basdırıb.

Qətlin günahkarı qısa müddətdə müşahidə kameraları ilə tapılıb.

Onun məhkəməsi iyunun 7-də başlayacaq.

Mənbə: gazeta.ru

Share: