“Con Uik 4” filminin ilk posteri nümayiş olunub

Premyerası gözlənilən “Con Uik 4” döyüş filminin ilk posteri nümayiş olunub.

Burada yalnız baş rolun ifaçısı Kianu Rivzin təsviri yer alıb.

Filmdə onunla birlikdə Donni Yen, Lourens Fişbörn, Skot Adkins və başqaları iştirak edəcək.

Franşizanın dördüncü hissəsində qanlı keçmişindən yaxa qurtara bilməyən məşhur qatil ABŞ, Yaponiya, İordaniya, Fransa və Almaniyaya səfər edəcək.

Filmin yaradıcısı Çad Stahelski ekran əsərini vestern və Yunan mifologiyasının qarışığı adlandırıb.

Qeyd edək ki, “Con Uik 4”ün premyerası 24 mart 2023-cü ildə baş tutacaq.

Mənbə: kanobu.ru

Share: