Ceff Bezos 25 illik evliliyinə son qoyan sevgilisi ilə tarixin ən bahalı serialının təqdimatında

“Amazon”un qurucusu Ceff Bezos Londonda “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) teleserialının təqdimatına sevgilisi Loren Sançeslə qatılıb.

Tədbirdə 58 yaşlı milyarder eleqant qara kostyumda, sevgilisi 52 yaşlı Sançes isə yunan stilli qırmızı geyimdə olub.

Qeyd edək ki, biznesmenlə telejurnalistin eşq macərası barədə 2019-cu ilin yanvarında məlum olub. Bundan bir müddət sonra Bezos 25 ildən çox birlikdə yaşadığı və dörd uşaq böyütdüyü həyat yoldaşından boşandı, Sançes isə ərindən ayrıldı.

Yeri gəlmişkən, onu da bildirək ki, “Amazon Prime Video”nun çəkdiyi “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” tarixin ən bahalı serialıdır. Bezosun şirkəti ən azı bir milyard dollar dəyərində olacaq serialın beş mövsümünü çəkməyi öhdəsinə götürüb.

Mənbə: Gazeta.ru

Share: