Bakıda binanın havalandırma şaxtasına düşən pişiyin xilas edilmə anı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsində binanın havalandırma şaxtasına düşən pişik orada köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, əvvəlcə, şaxtada qalan pişiyi bina sakinləri özləri çıxarmağa çalışsalar da buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın havalandırma şaxtasında qalan pişiyi xilas ediblər.

Share: