Oxu.az – Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Oxu.Az xəbər verir ki Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,56 ABŞ dolları artaraq, 90,38 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Share: