Amerikalı qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi

Amerikalı qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi

ABŞ-da dəhşətli cinayət baş verib. Belə ki, qadın sevgilisinin altı yaşlı qızını öldürüb, cəsədini də vedrədə gəzdirib.

Qorxunc hadisə Luiziana ştatının Cefferson qraflığında baş verib.

Məlumata görə, uşağın atası həmin səhər qızı və məşuqəsinin evdə olmadığını aşkar edib. O, narahat olub və polisə məlumat verib.

Uşağın meyiti bir neçə məhəllə aralıda yaşayan bioloji anasının evinin düz qarşısında plastik vedrədə tapılıb.

Sonradan müşahidə kameralarında kişinin sevgilisi Hanna Landonun sakit vəziyyətdə təkərli ağ vedrəni sürüdüyünü əks etdirən görüntülər yayılıb.

Qadın həbs edilib.

Şübhəlinin vedrəni sevgilisinin keçmiş arvadının evinə gətirməsinin səbəbi məlum deyil.

Mənbə: KP.ru

Share: