Amerika polisinin küçədə gəzən nəhəng timsahı “həbs etdiyi” görüntülər gündəm oldu

ABŞ-nin Florida ştatında tez-tez rast gəlinən timsah görüntülərinə yenisi əlavə edilib.

Belə ki, polis bölməsinə küçədə timsahın gəzdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gedən polisin təxminən 3 metr uzunluğunda olan timsahı tutduğu anlar kameralara əks olunub.

Timsahın əvvəlcə ağzı və üzü bağlanıb, sonra isə yaxalanıb. Timsah təhlükəsiz yerə aparılması üçün Florida Vəhşi Təbiət Komissiyasına təhvil verilib.

Videogörüntülər bəzi ABŞ KİV-ində “Polis timsahı həbs etdi” başlığı ilə paylaşılıb.

Mənbə: Haber Global

Share: