Ağstafa-Bakı sürətli sərnişin qatarının yolda qalma səbəbi AÇIQLANDI

Ağstafa-Bakı sürətli sərnişin qatarının yolda qalma səbəbi AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ağstafa-Bakı sürətli qatarının yolda qalmasının səbəbi açıqlanıb.

Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, gərginliyin verilməsində qısa fasilə yarandığı üçün sərnişin qatarı yolda qalıb:

“Qısa müddət ərzində hərəkət bərpa edilib. Hazırda qatar hərəkət qrafiki üzrə işini davam etdirir”.

10.11.2023, 19:54

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında texniki problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

“Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. Çölün düzündə qalmışıq. İçəridə işıqlar və monitorlar sönüb”, – deyə sərnişin qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

 

Share: