ABŞ prezidentliyinə namizəd Trampı cizgi filmi qəhrəmanının adı ilə çağıracağını dedi

ABŞ-də Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi Donald Trampı debatlara gəlmədiyi üçün tənqid edib.

Kris Kristi bununla bağlı Amerika lideri postuna namizədlərin ikinci debatında danışıb.

Siyasətçi deyib ki, Tramp növbəti debatı qaçıracağı təqdirdə onu cizgi filmi qəhrəmanı Donald Dakın adı ilə çağıracaq.

“Sən bu gün burada deyilsən, çünki səhnəyə çıxmaqdan və özünü müdafiə etməkdən qorxursan. Sən bu şeylərdən yayınırsan. Bu şəkildə hərəkətə davam etsən, icazə ver nə baş verəcəyini sənə deyim. Burada heç kim daha səni Donald Tramp çağırmayacaq. Biz sənə Donald Dak adını verməyi düşünürük”, – deyə Kris Kristi kameraya baxaraq Trampa müraciət edib.

Kristinin bu çıxışı ictimaiyyətdə müxtəlif şəkildə qarşılanıb.

Qeyd edək ki, bu hadisə, həmçinin Florida qubernatoru Ron Desantisin Trampı debatlara qatılmadığına görə tənqid etməsindən bir neçə dəqiqə sonra baş verib.

Mənbə: “Fox News”

Share: