
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşdə iştirak edib.
Müstəqil.Az xəbər verir ki, 2 iyul 2025-ci il tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group”un təşkilatçılığı ilə keçirilmiş ziyafətdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti iş adamları ilə bir araya gəlib.
Görüş zamanı iki ölkənin özəl və dövlət sektorları arasındakı qarşılıqlı əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və sahibkarlıq sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb, İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) XVII Zirvə görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda xüsusi olaraq Prezident Ersin Tatarın imzası ilə “Genel Komiteden İki Ayrı Devlete” adlı müəllif kitabının hədiyyə edilməsi tədbirin yaddaqalan anlarından biri olub.
Müstəqil.Az