Ölkəmizdə nə qədər SES və İES fəaliyyət göstərir?

Azərbaycanda hasil edilən elektrik enerjisinin 90%-i istilik elektrik stansiyalarının payına düşür.
Ölkəmizdə 13 istilik elektrik stansiyası fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Azərbaycan İES (1981), Cənub ES (2013), Sumqayıt ES (2009), Şimal ES (2002), Səngəçal ES (2008), Bakı İEM (2001), Bakı ES (2007), Şahdağ ES (2009), Astara ES (2006), Şəki ES (2006), Xaçmaz ES (2006), Naxçıvan ES (2006), Naxçıvan Qaz-turbin ES (2006).
Ölkəmizdə fəaliyyət göstərən Su Elektrik stansiyalarının sayı isə 14-dür. Onlardan 5-i kiçik SES-lər olsa da, digərləri ölkənin enerji ilə təmin edilməsində əhəmiyyətli rol oynayır. Bunlardan Arpaçay-1, Arpaçay-2 Su Elektrik Stansiyaları, Biləv Su Elektrik Stansiyası, Füzuli Su Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası, Taxtakörpü Su Elektrik Stansiyası, Varvara Su Elektrik Stansiyası, Yenikənd Su Elektrik Stansiyası, Şəmkir Su Elektrik Stansiyası, Şəmkirçay Su Elektrik Stansiyaları böyük, Vayxır, Göyçay, İsmayıllı-1, İsmayıllı-2, Balakən-1 isə kiçik Kiçik Su Elektrik Stansiyaları adlanır.
Bundan başqa, Tərtər çayının üzərində tikilmiş Sərsəng SES 1977-ci ildə istismara verilsə də, hazırda ermənilər tərəfindən işğal edilmiş ərazidə olduğu üçün ondan istifadə mümkünsüzdür.(axar.az )
Müstəqil.Az

Share: