Ölkə ərazisində elektrik enerjisinin verilişi bəpa olunub”.

“Hazırda ölkə ərazisində elektrik enerjisinin verilişi bəpa olunub”.

Bu barədə Publika.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayev bildirib ki, fərdi qaydada problem yaşayanlar quruma müraciət edə bilər: “Ola bilər ki, fərdi evlərdə elektrik enerjisinə qoşulmada problem yaransın. Bu zaman həmin şəxslər 199 “Çağrı mərkəzi”nə müraciət edə bilərlər, əməkdaşlarımız onlara kömək edəcək”.

Bundan sonra elektrik enerjisinin mütəmadi və daimi olmasına gəldikdə, T.Mustafayev bildirib ki, hazırda şəbəkələrdə vəziyyət normaldır: “Azərişıq” paylayıcı şəbəkədir və hazırda onun fəaliyyətində heç bir problem yoxdur. Əməkdaşlarımız problemin yaranmaması üçün qabaqlayıcı tədbirlər görür, şəbəkələrimizdə fəaliyyət normaldır”.

Müstəqil.Az

Share: