Niderland XİN başçısı vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Niderland xarici işlər naziri Vopke Hoekstra Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat verir. 

Qeyd olunur ki, Niderland XİN başçısı deyib ki, artıq Ukraynada vəziyyət son günlər daha da pisləşib və təhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.

V.Hoekstra müttəfiqlərlə məsləhətləşmədən sonra bu addımı atmağa qərar verdiyini nəzərə çatdırıb: “Bütün niderlandlıları Ukraynanı tərk etməyə çağırıram. Ukraynadakı Niderland səfirliyinin əməkdaşlarının əksəriyyəti də bu ölkəni tərk edir”.

Müstəqil.Az

Share: