Nicat bu gün Karlsenlə üz-üzədir

Nicat bu gün Karlsenlə üz-üzədir

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı şahmatçımız Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.


Share: