“Netanyahunu silib atmışıq” — Ərdoğan

“Hazırda İsraillə hər hansı təmasım yoxdur”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan geri dönərkən jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın həm İsrail, həm də Fələstin və HƏMAS-la danışıqlar aparır: “Onu deyə bilərəm ki, İsrailin Baş naziri Benyamin netanyahu heç bir şəkildə bizim həmsöhbətimiz deyil, onu silib atmışıq”.

 


Share: