Neftçalada Novruz bayramı qeyd olundu — Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar ilk öncə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət- ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.

Bayram tədbirində Odlar Yurdu Azərbaycanımızda bu bayramı böyük coşqu ilə qarşılaması, SSR-i dönəmində bu bayramın qadağan olunması lakin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışıyla Novruz bayramı yenidən qeyd olunmağa başladı. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladıqları kompozisiyalar və müxtəlif musiqilərlə davam edib.


Share: