Navalnını zəhərlədilər: təcili xəstəxanaya yerləşdirildi

Rusiyalı müxalif bloger Aleksey Navalnı təcili xəstəxanaya yerləşdirilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.

Navalnının Tomskdan Moskvaya uçan zaman səhhətinin pisləşdiyi və təyyarənin təcili Omskda eniş etdiyi vurğulanıb. Onda toksik zəhərlənmə olduğu bildirilib.

Yarmış onun çayına qatılan zəhərdən zəhərləndiyini iddia edib. Hazırda Navalnının reanimasiyada huşsuz vəziyyətdə olduğu qeyd edilib.

***

Aleksey Navalnı süni nəfəs aparatına qoşulub.

“O komadadır. Vəziyyəti ağırdır. Hələlik analizlərin nəticələri yoxdur”, – deyə Kira Yarmış bildirib.

İlkin METE XAN

Share: