Nəsrin Cavadzadə ispan filmində çəkiləcək

Nəsrin Cavadzadə “La Casa De Papel” adlı ispan filmində rol alacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın meneceri film haqqında məlumat verib:

“Çıxan bəzi xəbərlər doğrudur. Danışıqlar davam edir. İlk görüşdən müsbət nəticə aldıq. Bir görüş daha keçiriləcək. Nəsrin xanım 4-5 dil bilən aktrisadır, bu, onu digərlərindən fərqləndirir. Canlandırılacaq xarakterlə bağlı hələlik bir məlumat verməyim düzgün olmaz. Bildiyiniz kimi, ötən il İspaniya istehsalı “El Desentierro” adlı kinoda çəkilmiş və performansı ilə diqqətləri üzərinə çəkmişdi. Seçilməsinin əsas səbəbi budur”.

Müstəqil.Az

 

Share: