(ardı)
Ötən yazılarımızda Bakı şəhərində törədilən dəhşətli cinayət hadisəsinin istintaq və məhkəmə işindən dəfələrlə bəhs etmişdik. Müstəqil.Az olaqraq tükürpədici cinayətin detallarını xırdalıqla, bütün təfərrüatları haqda oxucularımıza ətraflı məlumatlar vermişdik.
Xatırladaq ki, 2025-ci il avqustun 23-də məşhur biznesmen, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana və geniş münasibətlərə malik olan Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi və yaxın dostu olan Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirmiş, ilkin ifadərində törətdiyi cinayətin mahiyyətini hiss etmiş və peşiman olduğu göstərmək əvəzinə hər dəfə müxtəlif, bir-birini təkzib edən, ustalıqla düşünülmüş ifadələr verməklə törətdiyi cinayətin məsuliyyətindən yaxa qurtarmaq üçün qəsdən və düşünülmüş çabalar etdiyi qənaətinə gəlməsin şübhə yeri qoymamışdır.
BQeyd edək ki, akı Ağır Cinayətlər məhkəməsində aparılan Məhkəmə işinin hakimi Səbinə Məmmədzadədir.
.jpg)
Hakim Səbinə Məmmədzadə
Biz, KİV nümayəndəsi olaraq bu qətllə əlaqədar olaraq aparılan ilkin istintaq və məhkəmənin gedişindən jurnalist araşdırması aparır, məhkəmə iclaslarında iştirak edir, müşahidələr edir, mütəmadi reportajlar dərc edirik. Əlbəttə dediklərimiz bizim də müşahidələrimizin mərkəzindəyer alır.
Dəfələrlə qeyd etdiyimiz kimi, ilk istintaq zamanı məhkəmə tibbi ekspertizasının verdiyi rəyə əsalanaraq qətli törətdiyini müxtəlif formalarda etriaf edən təqsirləndirilən şəxsin nizamlı şəkildə anlaqsız çıxarılması gündəmə gətirilir, desək bəlkədə yanlışlıq olmaz. Hər halda son söz məhkəmənin olacaq. Lakin zərərçəkmiş tərəfin peşəkar vəkili Rəşad Cəbrayılovun haqqında bəhs edilə cinayətlə bağlı verdiyi vəsadətdə deyildiyi kimi, çox məsələlərin üzərinə kölgə düşür.
Məsələn, davamlı olaraq biznesini idarə edən, maliyyə risklərini hesablayan, hüquqi və iqtisadi qərarlar verən şəxs cinayət anında birdən-birə öz əməlinin mahiyyətini dərk etməyən subyekt ola bilməz. Zərərçəkənin hüquqi varisinin qeyd etdityi kimi, Emil Ağacanov sadəcə olaraq “Yüksək peşəkarlıqla özünü müdafiə edir”.

Emil Ağacanov
Digər tərəfdən, iş üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs uzun müddət narkotik vasitə istifadəçisi olmuş və hadisə günü də marixuana qəbul etmiş və onun təsiri altında olmuşdur. Dəfələrlə gündəmdə saxlamağa cəhd etdiyimiz bu nüansı nəzərə alsaq, təqsirləndirilən şəxsin, özünü bilərəkdən bu vəziyyətə salıb. Təcrübəli vəkilin vəsadətində deyildiyini təcrübəli hakim diqqətdə saxlamalıdır: “Cinayət hüququnun ümumi prinsiplərinə görə şəxsin özünü könüllü olaraq psixoaktiv maddənin təsiri altına salması anlaqsızlıq halının tətbiqi üçün əsas hesab edilə bilməz və bu hal ekspert rəyində ayrıca hüquqi qiymətləndirilməlidir.”
Vəkilin vacib bilərək verdiyi vəsadətdə, “hər kəsə bəllidir ki, özünü müdafiə etmək üçün situasiyanı anlamaq lazımdır, riskləri hesablamaq lazımdır, hansı sualdan qaçmaq lazım olduğunu bilmək lazımdır, hansı obrazın “xilas yolu” olduğunu sezmək lazımdır. Bütün bunların hamısını Emil Ağacanov çox məharətlə edir ki, bu da şüurlu idrak fəaliyyətidir. “
Daha sonra vəkil R. Cəbrayılovun məntiqli qənaəti və daxili inamı: “Anlaqsız şəxs bunu edə bilməz.”
Müşahidələrimiz, apardığımız araşdırmalae və mütəxəssis rəylərinə əsaslanaraq qeyd etmək lazımdır ki, cinayətin törədimə səbəbinin nədən qaynaqlanmasını aşikar etmək məqsədi ilə verilən ekspert rəyində göstərilən diaqnoz təqsirləndirilən şəxsin ümumi vəziyyətinə aiddir, lakin cinayət anında onun konkret davranışlarının anlaqsızlıqla izahına dair elmi və faktoloji əsaslandırma yoxdur, yazılır vəsadətdə.

Bir məsələnin də məhkəmənin diqqətinə çatdırmaq istəyirəm, yazan vəkil. R. Cəbrayılov daha sonra qeyd edir:
İş materiallarından göründüyü kimi, qətli törədən şəxs uzun müddətdir ki narkotik maddə istifadəçisi olub və narkotikadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə prosesində bununla bağlı suala cavab olaraq narkotik maddəni haradan və kimdən aldığını bilmədiyini deyir.
Avtomatik növbəti suallar yaranır və şəxs bu suallara cavab verməkdən yayınır və ümumiyyətlə zərərçəkən tərəf olaraq suallarımıza cavab verməkdən imtina edir. Necə ola bilər ki;
Bu şəxs bilmədiyi bir şeyi 15 il mütəmadi əldə edir?
Əgər bilmirdisə: – pul kimə verilirdi?– görüş yeri necə müəyyən olunurdu?
Maraqlı olduğu qədər də düşündürücüdr, qətli törədən şəxs bu suallara cavab verməkdən niyə imtina etdi?
Təbii ki, cavabın ona zərər verəcəyini dərk edir və ona uyğun olaraq özünü müdafiə xarakterli cavab verir. Belə davranış sərgiləyən şəxs anlaqsız ola bilərmi?
Maraqlı və mütləq nəzərə alınmalı sualdır.
Digər tərəfdən şəxs hadisə zamanı və sonrasında “mən bunu etdim çünki …” formasında izah verirsə, bu, alternativ davranışları dərk etmədiyini, yoxsa dərk etdiyini göstərir?
Görəsən, hakim xanım ekspertin rəy verərkən şəxsin istintaqda verdiyi ifadəni nəzərə almadığını nəzərdən yayındıracaqmı?
Belə ki, istintaqda verilən ifadədə hadisənin axarı ardıcıllıqla göstərilib telefon zəngi → qısqanclıq, telefonun sındırılması (impulsiv, amma məqsədli), fiziki zorakılıq, hamam otağına aparma, qohumların gəlişi və qohumlara ölməyib deməsi, süni nəfəs vermək cəhdi. Bütün bunların hamısı səbəb-nəticə əlaqəsinin olduğunu, nəticəni dərk etmə və onu dəyişmək cəhdinin olduğunu göstərir.
Əlavə olaraq qeyd edim ki, anlaqsız şəxs iki fərqli, hüquqi baxımdan fərqli nəticə verən hekayə qurmur. Anlaqsız şəxs istintaqda ziyanlı, məhkəmədə xilasverici (maksimum özünü müdafiə xarakterli) versiya seçmir…
Vəkilin bizimlə etdiyi söhbət zamanı məlum olur ki, “ekspert rəyində əsasən klinik simptomatika və diaqnostik təsvirlər verilmiş, lakin cinayət hüququnun tələb etdiyi iki əsas kriteriya — əməlin ictimai təhlükəliliyini dərk etmə qabiliyyəti və davranışı idarə etmə qabiliyyəti konkret faktlar və davranış göstəriciləri ilə əlaqələndirilərək ayrıca qiymətləndirilməmişdir.
Ekspert rəyində istifadə edilən ehtimal ifadələri (məsələn, ehtimal olunur, istisna edilmir və s.) sübutların qiymətləndirilməsi standartlarına uyğun olaraq qəti nəticə kimi qəbul edilə bilməz və cinayət məsuliyyətini istisna edən halın müəyyən edilməsi üçün kifayət etmir.
İşdə mövcud faktiki məlumatlar təqsirləndirilən şəxsin hadisədən əvvəl və sonra məqsədli, situasiyaya uyğun və nəticəni əvvəlcədən dərk etməyə yönəlmiş davranış elementlərini göstərir ki, bu da tam anlaqsızlıq nəticəsi ilə uyğunlaşmır və əlavə elmi qiymətləndirmə tələb edir.”
Hələlik tələsməyək. Məhkəmə və Müstəqil.Az-n araşdırması və müşahidəsi davam edir.
(ardı olacaq)
Ötgün





















