“Müttəfiqlərin Ukranaya göstərdiyi yardım silahlı münaqişə olmasaydı, kifayət edərdi”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlaması zamanı deyib.
Zelenskinin sözlərinə görə, döyüşlər davam etdikcə, heç bir yardım yetə bilməz.
“Yetərincə yardım varmı? Müharibə bitsəydi, bu kifayət edərdi. Nə qədər ki müharibə var, heç nə yetə bilməz. Bu, nəyinsə çatışmadığını göstərir. Yardım da müxtəlif olur. Bu, təkcə silah deyil”, – deyə Zelenski bildirib.