Muğam Mərkəzində rusiyalı rejissor ilə görüş keçiriləcək

Bakıda ilk dəfə rusiyalı məşhur teatr rejissoru, pedaqoq, Rusiya Teatr Sənəti İnstitutunun professoru, Moskvadakı “Müasir pyes məktəbi” teatrının banisi və bədii rəhbəri, Rusiyanın Xalq artisti İosif Rayxelhauz ilə görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, aprelin 14-də məxsusi olaraq Beynəlxalq Muğam Mərkəzinin rahat salonunda keçiriləcək görüş üçün hazırlanmış “İosif və onun nağılları” proqramında tamaşaçılar Rayxelhauzu həm rejissor, həm də pedaqoq kimi tanıyacaqlar.

Görüşdə rejissor sovet dövrünün çox məşhur və sevimli artistləri, habelə müasir dövrün rejissorları və artistləri ilə bağlı teatr əhvalatları danışacaq, bir də əlbəttə, sevimli qələm və söz ustalarının şeirlərini söyləyəcək.

Share: