Müdafiə Nazirliyi hərbçi İlkin Zöhrabovun ölümünü təsdiqlədi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Müdafiə Nazirliyindən Müstəqil.Az-a hərbi qulluqçu İlkin Zöhrabovun ölüm faktını təsdiq ediblər. Bildirilib ki, hadisə martın 22-də baş verib.

Faktla bağlı araşdırma aparılır.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb. Sosial şəbəkələrdə hərbçinin Kəlbəcərdə həlak olduğu haqda məlumatlar yayılıb, hadisənin hansı şəraitdə baş verdiyi bildirilmir.

Müstəqil.Az

Share: