Misirdə avtobus və yük maşını toqquşdu: 12 nəfər öldü

Misirdə, Qırmızı dəniz sahilində avtobus və yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.

Məlumata görə, qəza noyabrın 20-də Ras-Qərib və Zaafərana şəhərləri arasındakı avtomobil yolunda baş verib.

Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.

İnsidentin digər təfərrüatları açıqlanmayıb.

Mənbə: gazeta.ru

Share: