Milyoner qız beş ildir saçını yumur -FOTOLAR

Milyoner qız beş ildir saçını yumur.
Moderator.az xəbər verir ki, İngiltərədə yayımlanan “Rich Kids Go Skint” adlı verilişə qonaq olan imkanlı şəxslər, kasıb yaşayan ailələrlə bir araya gətirilir. Verilişin qonağı olan Sacha adlı milyoner gənc qız vərdişləri ilə hər kəsi təəccübləndirib. İngiltərədə hamı beş ildir saçını özü yumayan milyoner qızın həyatından danışırlar. Verilişə qatılan qız tez bir zamanda medianın da gündəmini zəbt edib. Onun həmçinin bahalı çanta kolleksiyası da diqqət çəkib.
Sacha kasıb insanların necə yaşadığını bilmək üçün özünün dəbdəbəli həyatına ara verib və bir müddət imkansız ailənin evində yaşayıb. Xoş təəssüratlarla verilişi başa vuran Sacha yaşadıqlarından son dərəcə xoşbəxt olduğunu bildirib.
 
Share: