Millimiz azlıqda qalan rəqibi ilə bacarmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, milli “Azərsun Arena”da bundan əvvəl iki matçda da uduzan Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimali İrlandiya yığması 37-ci dəqiqədən meydanda azlıqda qalsa da, Azərbaycan millisi bu üstünlükdən yararlanma bilməyib və rəqibinə uduzub – 0:1. Görüşün 38-ci dəqiqəsində Azərbaycan yığmasının üzvü Camal Cəfərov penaltidən yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.

12 oktyabr

18:00. Azərbaycan U-21 – Şimali İrlandiya U-21 – 0:1

Qol: Kiaran Makkuckin, 19

Qırmızı vərəqə: Aaron Donli, 37 (Şimali İrlandiya)

Baş hakim: Georgi Davidov (Bolqarıstan)


Share: