Millət vəkili VƏFAT ETDİ… – FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından seçilən millət vəkili Kazım Arslan vəfat edib.

Müstəqil.az xəbər verir ki, millət vəkili Ramazan bayramı tətilində ailəsi ilə birlikdə Antalyanın Aksu ilçəsindəki evinə gedib. Ötən gün də həmin evdə vəfat edib.

Onun ölümünə səhhətindəki problemlər səbəb olub.

Millət vəkili doğulduğu Dənizli şəhərində torpağa tapşırılacaq.

CHP-nin sədri Kamal Kılıçdaroğlu, Ədalət və İnkişaf Partiyasının İstanbul bələdiyyəsinə sədrlik üzrə namizədi Binəli Yıldırım və CHP-dən eyni posta namizəd Əkrəm İmamoğlu Kazım Arslanın ailəsinə başsağlığı diləyib.

Share: