![](https://www.mustaqil.az/wp-content/uploads/https://qafqazinfo.az/uploads/1679816496/supurgechi_090718.jpg)
Yevlaxda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonunun Yuxarı Qarxun kənd sakini, 1991-ci il təvəllüdlü Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfat Müsəssəsinin süpürgəçiləri, Yevlax rayonunun Qaraməmmədli kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızını və Kəlbəcər rayonunun Ağcakənd kənd sakini, 1962-ci il təvəllüdlü Mirzəyeva Bəsti Halay qızını vurub.
Hadisə nəticəsində Əsgərova Səbinə Rafiq qızı ölüb, Mirzəyeva Bəsti Halay qızı xəsarət alıb.
Nizam Rza