Metronun açılması qaçılmazdır

Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi. Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edir.

Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  bildirib ki, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək:

“Ümumilikdə metro fəaliyyətini bərpa etmək üçün tam hazırdır. Nə vaxt qərar veriləcəksə, o zaman da metroda sərnişin daşınması bərpa olunacaq”.(Modern.az)

Share: