Metro və avtobus kartları dəyişdirilir

Yazda Bakının ictimai nəqliyyat istifadəçilərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək.

Bu barədə Trend ölkənin maliyyə bazarından olan mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, söhbət həmçinin hazırda avtobuslarda və metropolitendə quraşdırılmış kart oxucularının interfeysini dəstəkləyəcək yeni kartlardan gedir.

Kartın balansını elektron hesablardan, həmçinin ödəniş terminallarından istifadə etməklə artırmaq mümkün olacaq (MilliÖN, eManat, ExpressPay və EasyPay).

Qeyd edək ki, hazırda Bakı Metropolitenində və “Bakı Bus” nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nağdsız ödənişlər nəqliyyat kartları vasitəsi ilə həyata keçirilir.

Share: