Metin Akpınarın nikahdankənar əkiz qızları varmış

Türkiyənin məşhur aktyoru Metin Akpınarın əkiz qızlarının olması məlum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı aktyorun 35 ildən sonra nikahdankənar qızının olması müəyyənləşib.

Məhkəmə qərarına əsasən, DNT testi ilə Akpınarın qızı olmasının rəsmiləşdiyini açıqlayan 35 yaşlı Duyğu Nebioğlu sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Duyğu açıqlama yayaraq 14 illik məhkəmə prosesini qazandığını dilə gətirib.

Ancaq məsələ bununla bitmir. Belə ki, ustad aktyorun bir yox, iki bioloji qızının olması bəlli olub. Belə ki, Duyğunun Sevgi adlı əkiz bacısı da var. Onun da DNT analizi aktyorunku ilə üst-üstə düşüb, lakin bununla bağlı məhkəmə qərarı hələ verilməyib.

Qeyd edək ki, M. Akpınar Göksel Özdoğdu ilə ailəlidir. 62 ildir evli olan cütlüyün övladı yoxdur.


Share: