Meksikalı səfir Argentinada kitab oğurladı

Argentinada kitab oğurluğunda ittiham edilərək ölkəsinə geri çağırılan Meksikanın bu ölkədəki 76 kurtköy escort yaşlı səfiri Oskar Rikardo Valero vəzifəsindən istefa verib.

Bu barədə Meksikanın Xarici İşlər nazirli Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, diplomat “səhhətində yaranan problemə görə” istefa verib.

“Rikardo Valero böyük şəxsiyyətdir, onu nevroloji müalicə gözləyir. Ona tezliklə sağalmağı arzu edirəm”.

Qeyd edək ki, Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurlayan zaman saxlanılıb. “Ateneo” mağazasının kurtköy escort bayan müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Nəticədə səfir ölkəsinə çağırılıb. Valero cari ilin avqustunda Argentinada səfir kimi fəaliyyətə başlayıb. Onun dükandan oğurlamaq istədiyi kitabın qiyməti 750 pesodur (12 dollar).

Müstəqil.Az

Share: