Masallıda baş verən qəzada iki piyada dünyasını dəyişib

Masallıda baş verən qəzada iki piyada dünyasını dəyişib

Masallıda baş verən qəzada iki piyada dünyasını dəyişib

Masallıda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -nın cənub bürosuna verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: