Masallı sakini bazarda həmkəndlisini bıçaqlayıb

Masallıda bıçaqlanma olub.

APA xəbər verir ki, rayon sakini Cavid Möhübbət oğlu Qurbanov “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Zaur Səxavət oğlu Nəcəfovu şəxsi münasibətlər zəminində bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb və Cavid Qurbanov şübhəli şəxs qismində tutulub.

Share: