Mariya Zaxarova İtaliya XİN rəhbərinin Aİ ordusu yaratmaq təklifinə cavab verib

İtaliyanın xarici işlər naziri Antonio Tayani sülhü qorumaq üçün Aİ ordusunun yaradılması ilə bağlı ideyalar irəli sürməzdən əvvəl, ilk növbədə, ittifaqın sərhədlərini qoruyaraq, qaçqın və miqrantlar məsələsini humanist şəkildə həll etməyi öyrənməlidir.

-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

Avropa İttifaqında “sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrinin” formalaşdırılmasını təklif edən İtaliya XİN başçısının bəyanatına rusiyalı diplomat ironiya ilə münasibət bildirib.

“Aİ ordusu? Bəlkə COVİD-ə qarşı öz peyvəndinizi inkişaf etdirməklə başlayasız? Ya da beynəlxalq öhdəliklərə uyğun olaraq Avropa İttifaqının sərhədlərini insancasına qorumağı öyrənəsiz? Qaçqınlar və miqrantlar məsələsini həll edib, ondan sonra ordu yaradasız? Vahid ordu formalaşmazdan əvvəl onun hansı yanacaqla işləyəcəyini və uçacağını anlamaq yaxşı olardı. Əks halda, Amerika prezidenti Brüsselə gəlib deyəcək ki, Aİ ordusu onun işarə etdiklərinə hücum etməsə, yanacağın qiymətini qaldıracaq”, deyə Zaxarova müvafiq təşəbbüsü şərh edərkən qeyd edib.

Rusiya XİN sözçüsü İtaliya nazirini hər bir NATO ölkəsinin ümumi kassaya nə üçün böyük məbləğlər ödəməli olduğu barədə düşünməyə çağırıb.

Share: