Maqnus Karlsen: “Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur”

“Uduzmaq qorxusu dünya çempionluğu uğrunda oyuna çıxmamağımın mühüm səbəbidir”.

Bunu şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen Leks Fridmanın “YouTube” kanalına müsahibəsində bildirib.

Beşqat dünya çempionu rusiyalı Yan Nepomnyaşi ilə 2023-cü ildə keçiriləcək dünya çempionatı matçında öz titulunu qorumamasının səbəblərindən danışıb. O, etiraf edib ki, rusiyalı rəqibinə uduzmamaq üçün bu görüşdən imtina edib.

“Dünya çempionatında məğlubiyyət qorxusu məni motivasiya edir. Digər turnirlərdə qələbə sevinci mühüm amil sayılır. Ona görə də dünya çempionatı matçından daha çox digər turnirlərdəki qələbələrimə sevinirəm. Bəli, uduzmaq qorxusu dünya çempionluğu uğrunda oyun keçirməməyimin mühüm səbəbidir. Bu mənə sevinc bəxş etmir. Burada hər şey məğlubiyyətdən qaçmaqla bağlıdır”, – deyə karlsen bildirib.

Qeyd edək ki, Maqnus Karlsen iyulun 20-də dünya çempionluğu titulunu müdafiə etməyəcəyi ilə bağlı açıqlama yayıb. Bu səbəbdən, Beynəlxalq Şahmat Federasiyası 2023-cü ildə Yan Nepomnyaşinin dünya şahmat tacı uğrunda İddiaçılar Turnirinin ikincisi olmuş çinli Dinq Lirenlə görüşəcəyini bildirib.

Share: