Məşhur aktyor oxumaq və danışmaq qabiliyyətini itirdi

Frontotemporal demensiya diaqnozu qoyulan məşhur ABŞ-li aktyor, prodüser və musiqiçi Brüs Uillisin səhhəti pisləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda aktyorun dostu və rejissor Glenn Gordon Caron danışıb.

Onun sözlərinə görə, görüşlərinin birində aktyor onu 3 dəqiqəyə yaxın xatırlaya bilməyib.

“O, çox danışmır, əvvəllər həvəsli oxucu idi. Baxmayaraq ki, heç kimin bu barədə bilməsini istəmirdi, amma indi oxumur”, – deyə rejissor bildirib.

Qeyd edək ki, 2022-ci ildə “Die Hard” filmi ilə tanınan Brüs Uillis səhhətində yaranan problemlərə görə kino karyerasını tərk etmək məcburiyyətində qalıb.


Share: