Mərakeşdə 3 günlük matəm elan olundu

Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündə həmin ölkədəki bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 037-yə çatıb.


Share: