“Photoshop”un tərtibatçısı “Adobe” müxtəlif ehtiyaclar üçün iki neyron şəbəkə modelini buraxıb. Bunlar mətn əsasında şəkil yaratmaq və müxtəlif üslublarda mətn yazmaq üçün generativ süni intellekt modelləridir.
Layihə “Firefly” adlanır.
Neyroşəbəkə “Adobe Stock” təsvirlər bankı əsasında hazırlanıb və bunun sayəsində istifadəçiləri müəllif hüquqlarının pozulmasından qoruyur.
Neyron şəbəkəsi ilə artıq mövcud şəkilləri dəyişdirmək də mümkündür. Təsvirlərə müxtəlif effektlər əlavə etmək, üzərində dekorativ yazılar yazmaq olar.
Mənbə: ferra.ru