Məşhur rəssam və həyat yoldaşı eyni gündə vəfat etdi

Türkiyəli rəssam Turan Erol və həyat yoldaşı Türken Erol eyni gündə dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, Türken Erol səhər saatlarında, Turan Erol isə saat 16:00 radələrində vəfat edib.

Erol cütlüyünün ölüm xəbərini jurnalist Şükrü Küçükşahin instaqram hesabında paylaşıb: “Sənətimiz üçün kədərli bir gündür. Ustad, Türkiyənin sənət abidəsi Turan Erol müəllimimizi itirdik. Onun həyat yoldaşı Türken Erol isə səhər saatlarında dünyadan köçdü.Bir-birini sevən bu iki insan bir ömür sürdükdən sonra eyni gündə dünya ilə vidalaşdılar. Mərhumların bütün ailə üzvlərinə və sənət aləminə başsağlığı verirəm”.

Ressam ve akademisyen Turan Erol hayatını kaybetti

Share: