Məhəmmədhüseyn Şəhriyarın saytı yaradıldı

Böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb.

Kulis.az xəbər verir ki, bu barədə layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib.

Onun sözlərinə görə, 10 illik araşdırmanın nəticəsi olan sayt Azərbaycan, İngilis və Fars dillərində fəaliyyət göstərəcək.

İnternet resursunda dahi şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, o cümlədən müsahibələrinin səs yazıları, eləcə də İran və Türk əsilli alimlərin Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərləri toplanacaq.

Saytın videomaterialları arasında həmçinin Türkiyə və İran televiziyalarında vaxtaşırı şairin xatirəsinə ithaf edilən verilişlər də yer alıb.

Layihə rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyarsevərlərlə yanaşı, həm də onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcək.

Share: