“Luna-25”in qəzaya uğradığı yerin — Fotosu

“Luna-25”in qəzaya uğradığı yerin — Fotosu

“NASA Lunar Reconnaissance Orbiter (LRO)” kosmik aparatı Ayın səthində yeni kraterin fotosunu çəkib. 

“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, sözügedən kraterin Rusiyanın “Luna-25” stansiyasının qəzaya uğradığı yer olduğu ehtimal edilir. 

Ayın həmin hissəsində son foto 2022-ci ilin iyununda çəkilib və burada krater aşkar edilməyib. Yeni krater “Luna-25” kosmik stansiyasının Ayla toqquşduğu ehtimal edilən hissəyə yaxın olduğundan NASA kraterin zərbənin nəticəsində yarandığı qənaətinə gəlib. 

Yeni krater təqtibən 10 metr diametrə malikdir. 

Xatırladaq ki, “Luna-25” kosmik stansiyası avqustun 11-i Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromundan göndərilib. Stansiya avqustun 21-dən 24-nə qədər Ayda yerə enməli olsa da, avqustun 20-si Ayla toqquşub.


Share: