Lotu Qulinin qətli ilə bağlı şok detal

Bu gün gecə saatlarında Antalyada qətlə yetirilən Lotu Qulinin ölümü ilə bağlı şok bir detal diqqəti cəlb edir.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb.

Qeyd edək ki, mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilmişdi.

Kriminal aləmdə Lotu Quli ilə Rövşən Lənkəranskinin əzəli rəqib olduğu deyilirdi.

Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu, avqustun 18-də daha bir azərbaycanlı kriminal avtoritetin “Qoca Yasamalski” ləqəbli Əlibala Həmidovun öldürülməsidir.

Kriminal aləmin 3 nüfuzlu siması – Rövşən Lənkəranski, Qoca Yasamalski və Lotu Qulinin təxminən eyni tarixlərdə (18-19 avqust) qətlə yetirilməsi təsadüfi hesab edilmir.

Xatırladaq ki, Əlibala Həmidov 2013-cü ildə Türkiyədə qətlə yetirilib.

Müstəqil.Az

Share: