Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

Liviyanın Dərnə şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı məlum olub.

Bu barədə Liviya Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir. Halbuki, daha əvvəl BMT-nin Liviyadakı ofisi təbii fəlakət nəticəsində 11 mindən çox insan öldüyü barədə məlumat yaymışdı.

Həmçinin, bildirilir ki, şəhərdə 10 min nəfərdən çox adam itkin düşüb. Dərrnədən kənarda Liviyanın şimal-şərqində isə daşqınlar nəticəsində 170 nəfər həlak olub.

Mənbə: TASS

Share: