Leysandan əvvəl düşən damla…

Leysandan əvvəl düşən damla…

Onun üçün ən böyük hədiyyə DİQQƏTdir. Özü belə deyib. Mən də ona beş-on kəlmə xoş söz deyib DİQQƏT göstərmək istəyirəm. 1967-ci ilin may ayının 24-də, həftənin 3-cü günü dünyaya ilk dəfə salam verib.

Dünya da onun salamını etiramla qəbul edərək, xoş gəldin- söyləyib. Sonra da onu bəsləyə-bəsləyə böyüdüb. Ona arxa dayaq olub. Əzmkarlıq, bacarıq verib. Uğuru da Allahdan istəyib. Əgər bunlardan biri əskik olsaydı, indi onu ölkə tanımazdı. Uzaq başı məhəllələrində tanınardı. Zarafat deyil, xüsusi zəka və ünsiyyət bacarıqları ilə seçilir. Çevik zəkası var. Yəni tez düşünüb qərar qəbul etməyi bacarır. İstedadlıdır. Ünsiyyət yaratmaqda mahirdir. Yeni dostluqlar qurmağı sevir. Əyləncəli və geniş maraq dairəsinə malikdir. Dəyərlərə önəm verir, mənəvi zəngindir. Dərin düşüncəsi həmişə ona dəstək olur, düşdüyü mühitə tez uyğunlaşır. 60 yaşına xeyli qalsa da, 60-ın içindədir, aybaay hədəfə yaxınlaşır. İnşəallah bu zirvəni də fəth edəcək. Onda hər tərəfdən DİQQƏT yağacaq. Budəfəki DİQQƏT isə leysandan xəbər verən damladır…
…Hörmətli Vüqar Rəhimzadə, hazırlaşın və 24 may 2027-ci il tarixində özünüzlə çətir götürməyi unutmayın…
Elman Eldaroğlu
Share: